Aytac Ağazadə barəsində qiyabi həbs qərarı VERİLDİ

Baş Prokurorluğun İstintaq İdarəsi tərəfindən aparılan cinayət işi çərçivəsində qeyri-hökumət təşkilatlarının fəaliyyətinə dair araşdırmalar davam edir.
Redaktor.az-ın məlumatına görə, istintaqın gedişində QHT nümayəndəsi Aytac Ağazadə də cinayət məsuliyyətinə cəlb olunub.
Binəqədi Rayon Məhkəmənin qərarı ilə A.Ağazadə barəsində 4 aylıq qiyabi həbs qətimkan tədbiri seçilib. O, ölkədə olmadığından axtarışa verilib.
Daha bir QHT nümayəndəsi Əhməd Məmmədzadə barəsində isə əvvəlki gündə həbs qərarı verilib.
Qeyd edək ki, hazırda “QHT işi” üzrə bir neçə nəfər istintaqa cəlb olunub, Cinayət Məcəlləsinin 192.2.2, 213.1, 308.2 və digər maddələri ilə istintaq hərəkətləri davam etdirilir.