Bakıda itkin düşən 10 yaşlı uşaq tapıldı - YENİLƏNİB

İtkin düşən azyaşlı Xətai RPİ-nin əməkdaşları tərəfindən tapılaraq ailəsinə təhvil verilib.
Redaktor.az xəbər verir ki, o, “Play station” oyun salonunda tapılıb. Onun itkin düşməsində kriminal tərkib yoxdur.
***
Bakıda 10 yaşlı uşaq itkin düşüb.
Redaktor.az xəbər verir ki, bu barədə “Report”a onun yaxınları məlumat veriblər. Onların sözlərinə görə, 2015-ci il təvəllüdlü Əlizadə Ayxan Zəfər oğlu bu gün evdən çıxıb və geri qayıtmayıb. Məlumata görə, onu son dəfə Sarayevo küçəsi yaxınlığında görüblər.
A.Əlizadəni görənlərdən və ya onun barədə məlumatı olanlardan 077-733-05-05 nömrəli telefona zəng etmələri xahiş olunur.