Türkiyəli qonaqlar Qarabağda - FOTO

 14:32 14.04.2025     181

Türkiyə Respublikasının Kayseri şəhər rəhbərliyi, bələdiyyə sədrləri, ali təhsil müəssisələrinin rektorları, siyasi partiyaların Kayseri şəhər təşkilatlarının rəhbərləri və Kayseridən seçilmiş millət vəkillərindən ibarət nümayəndə heyəti ölkəmizdə səfərdədir.

Redaktor.az xəbər verir ki, səfər çərçivəsində qonaqlar Xankəndidə, Qarabağ unversitetində və Xocalıda olublar. Qonaqları Prezidentin Xankəndi şəhərində yerləşən Xüsusi nümayəndəliyinin əməkdaşları qarşılayıb. Onlar Xankəndində gedən yenidənqurma işlərini Zəfər  meydanından izlədikdən sonra Qarabağ Universitetində tələbə heyəti ilə görüş keçiriblər. Qonaqlar daha sonra Xocalı rayonuna səfər edib, orda aparılan tikinti-bərpa işləri ilə tanış olublar.

Xatırladaq ki, Azərbaycanın mədəniyyət paytaxtı Şuşa ilə Türkiyənin ən qədim şəhərlərindən birisi olan Kayseri arasında qardaşlaşmış şəhərlər haqqında protokol imzalanıb.