Bakıda Forum KEÇİRİLƏCƏK

Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının (IATA) Aviasiya Enerji Forumu 2025 Bakıda keçiriləcək.
Redaktor.az xəbər verir ki, bu barədə “Azərbaycan Hava Yolları” QSC-nin prezidenti Samir Rzayev “Facebook” səhifəsində paylaşım edib.
“Forum çərçivəsində sənayenin ən aktual prioritetləri müzakirə ediləcək, aviasiya sahəsində səmərəliliyin artırılması, innovasiyaların təşviqi və 2050-ci ilə qədər “Xalis Sıfır” emissiya (Net Zero Emissions) hədəfinə nail olunması istiqamətində fikir mübadiləsi aparılacaq”, - paylaşımda qeyd olunur.
Məlumata görə, 13-15 may 2025-ci il tarixlərində AZAL-ın dəstəyi ilə ölkəmizdə baş tutacaq bu mötəbər forumda 50-dən artıq ölkənin nümayəndələri, 60-dan artıq aviaşirkət və 550-dən artıq qeydiyyatdan keçmiş iştirakçı bir araya gələcək.
“Azərbaycan və AZAL olaraq Aviasiya Enerji Forumuna ev sahibliyi etməklə qlobal aviasiya gündəminə töhfə verməkdən, beynəlxalq tərəfdaşlıqları genişləndirməkdən və ölkəmizin regionun aviasiya mərkəzi kimi mövqeyini gücləndirməkdən qürur duyuruq”, - paylaşımda vurğulanıb.