Ukrayna müdafiəçilərinin uşaqları reabilitasiya üçün Azərbaycana gəldi

 13:22 15.04.2025     204

Ukraynadan daha bir qrup uşaq reabilitasiya üçün Azərbaycana gəlib.

Redaktor.az-ın məlumatına görə, bu barədə Ukraynanın Azərbaycandakı səfiri Yuri Husyev özünün feysbuk səhifəsində yazıb.

"Dünən yeni bir qrup ukraynalı uşaq - müharibə əsirlərinin, itkin düşmüş və Ukraynanın həlak olan müdafiəçilərinin uşaqları - istirahət və reabilitasiya üçün Azərbaycana gəlib. Qrupu "Ukrayna-Azərbaycan" parlamentlərarası əlaqələr üzrə İşçi qrupunun rəhbəri, Azərbaycan Respublikası Milli Məclisinin üzvü Əlibala Məhərrəmzadə ilə birgə Ukraynanın Azərbaycandakı səfirliyinin komandası qarşılayıb. Uşaqlar Qubanın sanatoriyasında reabilitasiya keçmək, Azərbaycan mədəniyyətinin gözəlliyini kəşf etmək, həmçinin Bakıdakı Ukrayna Mərkəzi və Bakının görməli yerlərini ziyarət etmək imkanı qazanacaqlar. Bu, tammiqyaslı müharibə illərində Azərbaycana istirahət və reabilitasiya üçün gələn Ukraynadan olan uşaqlardan ibarət doqquzuncu qrupdur", - səfir bildirib.