“Son 59 ildə ilk dəfə bu həddə yağıntı qeydə alınıb”

 17:10 16.04.2025     191

Hazırda yağıntılar davam etdiyini nəzərə alsaq yağıntıların miqdarının artacağı gözləniləndir.

Redaktor.az xəbər verir ki, bunu Milli Hidrometrologiya Xidmətinin rəis müavini Gülnarə Abbasova mövcud vəziyyətlə əlaqədar jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, son dəfə 1966-cı ildə bu həddə yağıntı qeydə alınıb:

"Son 15 saat ərzində bölgələrdən asılı olaraq yağıntının miqdarı dəyişir. Bakıda hazırda yağıntının miqdarı 57 mm-dir bu da aylıq normadan 2 dəfə çoxdur".