Xocavəndə ilk köçün tarixi məlum OLDU

 11:29 17.04.2025     217

Bu il əhalinin Xocavəndə köçürülməsi nəzərdə tutulur.

Redaktor.az xəbər verir ki, bunu açıqlamasında Azərbaycan Prezidentinin Ağdam, Füzuli və Xocavənd rayonlarında xüsusi nümayəndəsi Emin Hüseynov deyib.

Onun sözlərinə görə, Xocavənd şəhərində, kəndlərində, Hadrut qəsəbəsində təmir-bərpa işləri aparılır:

“Cənab Prezidentin tapşırığı əsasında bu ilin yay aylarında həmin bərpa və yenidənqurma işləri yekunlaşdıqca mərhələli şəkildə əhali oraya köçürüləcək”.