Məşhur plastik cərrahlara QADAĞA - SİYAHIDA YOXDULAR

 17:48 17.04.2025     305

Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının ərazisində praktik tibb fəaliyyəti ilə məşğul olan plastik cərrahların peşə fəaliyyətinin qanuni əsaslarının kompleks şəkildə yoxlanılması məqsədilə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, Azərbaycan Respublikasının Baş Prokurorluğu, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin səlahiyyətli nümayəndələrindən ibarət Xüsusi Təftiş Komissiyası yaradılıb.

Redaktor.az xəbər verir ki, Xüsusi Təftiş Komissiyasının müvafiq qərarları ilə sənədlərinin əsaslılığı təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində plastik cərrahiyyə ixtisası üzrə praktik tibb fəaliyyətinə icazə verilən həkim-mütəxəssislərin Siyahısı” tərtib olunub.

Amma plastik sahədə kifayət qədər məşhur və pasienti bol olan bir çox həkimlərin adı siyahıda yer almayıb.

Adları özlərindən, əl işlərindən çox tanınan həkimlərin adının çıxmaması insanları şübhəyə salıb. Bura Səbinə İsmayılova, Elməddin Zaidov, Vüsal Qiyasov, Elşad Rzayev, Cavidan Novruzov, Ruslan Qurbanov, Mehman Vahabov, Əmiraslan Əmiraslanov kimi məşhur həkimlərin adı yoxdur (milli.az).

Məşhur plastik cərrahlara QADAĞA - Siyahıda yoxdular - <span style=color:red>ARAŞDIRMA