Azərbaycanlı jurnalistlər Çavuşoğluya başsağlığı VERDİ

 14:31 18.04.2025     245

Parlament Jurnalistləri Birliyinin (PJB) üzvləri Türkiyənin keçmiş xarici işlər naziri, Türkiyə Böyük Millət Məclisinin beynəlxalq əlaqələr komissiyasının sədri Mövlud Çavuşoğluya atası Osman Çavuşoğlunun vəfatı ilə əlaqədar başsağlığı verib.

Redaktor.az-ın məlumatına görə, Birliyin başsağlığında bildirilir ki, Alanyaya səfərləri zamanı azərbaycanlı jurnalistlər dəfələrlə Osman bəyin qonağı olublar.

"Osman Çavuşoğlu jurnalistlərin yaddaşında hər zaman xoş xatirələrlə qalacaq.

Allahdan mərhuma rəhmət, doğmalarına səbr diləyirik", - PJB-nin yaydığı başsağlığında deyilir.