Mərkəzin direktoru işdən çıxarıldı - Yerinə baş məsləhətçi gətirildi

 17:26 18.04.2025     230

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi Təlim və Simulyasiya Mərkəzinin direktoru Aytən Rzayeva işdən çıxarılıb. 

Redaktor.az-ın "Qaynarinfo"ya istinadla məlumatına görə, müvafiq əmrlə sözügedən vəzifəyə Səfərova Ayşən Oruc qızı təyin edilib. 

Qeyd edək ki, Ayşən Səfərova bundan əvvəl Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin İnzibati idarəetmə şöbəsinin kadrlarla iş üzrə baş məsləhətçisi vəzifəsində çalışıb.