Taryel Ömərov XIV. KEPAN 2025 Konqresində fəal iştirak etdi - Fotolar

17–20 Aprel tarixlərində keçirilən XIV. KEPAN 2025 Klinik Enteral və Parenteral Nütrisyon Konqresində iştirak edən nümayəndələr arasında ölkəmizdən Azərbaycan Bariatrik-Metabolik Cərrahlar Assosiasiyasının sədri Taryel Ömərov yer alıb.
Redaktor.az xəbər verir ki, tədbirə dəvət olunduğuna görə Dərnək Sədri Professor Mutlu Doğanaya və bütün təşkilat komitəsinə xüsusi təşəkkürünü bildirən iştirakçımız, dərnəklərimiz arasında 2022-ci ildən başlayan elmi və praktik yönümlü əməkdaşlığın gələcəkdə daha da genişlənəcəyinə ümid etdiyini vurğulayıb.
Konqres çərçivəsində maraqlı nostalji anlar da yaşanıb. Belə ki, hələ 2008-ci ildə, ilk elmi işi olan destruktiv pankreatitlərlə bağlı rəylər aldığı dövrdə tanış olduğu, o zamanlar Hacettepe Universitetində çalışan Prof. Osman Abbasoğlu və son illərə qədər eyni universitetin Reanimasiya şöbəsinin rəhbəri, eyni zamanda ARUD-un sədri olan Prof. Meral Soylu Kanbak ilə yenidən görüş, iştirakçıda dərin hisslər yaradıb.
Onu da qeyd edək ki, tədbirdə Taryel Ömərovun “Bariatrik cərrahiyyə zamanı nutrisional və metabolik fəsadlar” mövzusunda çıxışı çox maraqla qarşılanıb.
Aytəkin TOFİQQIZI



