Adil Qeybulla Tofiq Yaqublunu təcridxanada müayinə ETDİ

Tanınmış həkim Adil Qeybulla Müsavat Partiyasının üzvü Tofiq Yaqublunu təcridxanada müayinə edib.
Redator.az xəbər verir ki, bu barədə o, özü məlumat verib:
"Bu gün Tofiq Yaqublununun müayinəsi məqsədilə Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Unbakıda yerləşən İstintaq Təcridxanasında onu ziyarət etdik. Müayinədə Nazirliyin Tibb Baş İdarəsinin həkimləri də iştirak edirdi. Vital göstəriciləri: A/T – 126/83, Nəbzi – 94’, Bədən hərarəti – 36,4°C, Çəkisi – 83,350 kq-dır. Ümumi durumu keçirdiyi aclıq aksiyasına adekvatdır. Huşu aydın, təmas və kommunikasiya adekvatdır. Beynəlxalq təcrübədə aclıq aksiyalarının keçirilməsinin mövcud protokollar üzrə tibbi nəzarət altında aparıldığı Tofiq bəyə izah edildi. Bu məqsədlə su-elektrolit balansının tənzimi, mikrosirkulyasiyanın və toxuma hipoksiyasının qarşısını almaq üçün qidalandırıcı olmayan venadaxili infuziya aparılmasının zəruriliyi bildirildi. Razılıq alındıqdan sonra prosedurlar icra edildi. İnfuziya normal keçdi.
Onun səhhətinin mütəmadi nəzarət altında saxlanması məqsədilə yenidən Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinə və Tibb Baş İdarəsinə müraciət etmə niyyətimiz var".
Vasif