“Oğlum həbs edilməyib, yanımdadır” - Şərurlu İsfəndiyar

 12:11 20.04.2025     162

Xəbər verdiymiz kimi, “Şərur MTK”nın sahibi İsfəndiyar Axundovun (Şərurlu İsfəndiyar) oğlunun həbs edilməsi ilə bağlı məlumatlar yayılıb.

Redaktor.az xəbər verir ki, Şərurlu İsfəndiyar “Qafqazinfo”ya açıqlamasında oğlunun həbs edilmədiyini bildirib:

“Oğlum yanımdadır, həbs edilməyib. Əgər tutulsaydı rəsmi qurum məlumat yayardı”.

Xatırladaq ki, Şərurlu İsfəndiyar bir müddət əvvəl müsahibələrində səsləndirdiyi fikirlərə görə tənqid olunmuşdu.