Bu rayonda qaz olmayacaq - XƏBƏRDARLIQ

Cəlilabadda 1500 abonentin qaz təchizatı kəsiləcək.
Redaktor.az xəbər verir ki, bu barədə Cəlilabad rayon İcra Hakimiyyəti məlumat yayıb.
Bildirilib ki, 23 aprel 2025-ci il tarixində saat 10:00 radələrindən görüləcək işlər başa çatanadək Cəlilabad şəhəri üzrə 1500 abonentin (Heydər Əliyev prospektinin bir hissəsi, M.Hüseynzadə, Babək, Şəhriyar, S.Axundov, N.Nərimanov, Ş.Qurbanov, A.Azərtürk, Q.İsmayılov, F.Əhmədov, M.F.Axundov, Sabir və Cavadxan küçələri) mavi yanacaqla təchizatında fasilə yaranacaqdır.
Abonentlərdən qaz təchizatı avadanlıqlarını nəzarətdə saxlamaq və təhlükəsizlik tədbirlərinə riayət etmək xahiş olunur.
Vasif ƏLİHÜSEYN