Bu çaylarda sululuq ARTDI

 09:52 25.04.2025     110

Bəzi çaylarda sululuq artıb.

Redaktor.az xəbər verir ki, bununla bağlı Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Məlumata əsasən, Böyük Qafqaz ərazisindən axan Əyriçay-Ağyazıdə 2 sm, Qarabağ və Şərqi Zəngəzur bölgəsindən axan Tərtərçay-Kəlbəcərdə 17 sm, Zabuxçay-Bozluda 14 sm, Tərtərçay-Vəngdə 9 sm, Oxçuçay-Bürünlüdə 5 sm, Həkəriçay-Balasoltanlıda 4 sm artım qeydə alınıb.

Transsərhəd çaylarda Kür-Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsi 5 sm artıb, su sərfi 665 m3/san olmaqla normanın 93%-ni təşkil edir.