Bu körpüyə sürətli qalxmayın, radara düşəcəksiniz - VİDEO

 10:45 25.04.2025     163

Son günlər paytaxtın Nizami rayonu ərazisində sürücülər kütləvi şəkildə radara düşürlər. 

Redaktor.az xəbər verir ki, məsuliyyətə cəlb edilən sürücülər bu barədə sosial şəbəkə hesablarında məlumat paylaşıblar.

Belə ki, Heydər Əliyev prospekti ilə Mikayıl Əliyev küçəsini birləşdirən körpünün girişində sürücülər hərəkət sürətini aşırlar. Bu səbəbdən Yol Patrul Xidməti avtomobilindəki e-patrul sistemi ilə radar quraşdırırlar.

Qeyd edək ki, həmin ərazidə hərəkət sürəti 60 km/saat müəyyən olunub (avtosfer.az).