Ağsuda Zərifə Əliyevaya həsr olunmuş tədbir keçirildi - FOTO

25 Aprel 2025-ci il tarixində YAP Ağsu rayon təşkilatı “Sağ sahil” ərazi partiya təşkilatının təşkilatçılığı ilə görkəmli oftalmoloq alim, Əməkdar elm xadimi, akademik Zərifə xanım Əliyevanın doğum günü münasibətilə ilə Ağsu rayonu Mərkəzi Xəstəxanasında tədbir keçirilib.
Redaktor.az xəbər verir ki, tədbirdə YAP Ağsu rayon təşkilatının sədr müavini Altun Şeydayev, Ağsu rayonu Mərkəzi Xəstəxanası PHŞ-nin direktoru Gülnarə Muxtarova və səhiyyə işçiləri iştirak ediblər.
Tədbirdə ilk öncə Ulu öndər Heydər Əliyevin, akademik Zərifə xanım Əliyevanın və torpaqlarımızın işğaldan azad olunması uğrunda şirin canlarından keçmiş şəhidlərimizin əziz xatirələri 1 dəqiqəlik sükutla yad edilib.
Daha sonra akademik Zərifə xanım Əliyevanın həyat və fəaliyyətini özündə əks edirən videoçarx nümayiş olunub.
Tədbirdə çıxış edən natiqlər zəngin mənəviyyata sahib əsl ziyalı kimi mənalı ömür yolu keçmiş Zərifə xanım Əliyevanın geniş elmi fəaliyyəti ilə ölkəmizdə tibb sahəsinin, xüsusilə oftalmologiyanın inkişafına verdiyi əhəmiyyətli töhfələrdən geniş bəhs ediblər.
Vurğulanıb ki, Zərifə xanım Ulu Öndər Heydər Əliyevin ömür-gün yoldaşı olmaqla əsil Azərbaycan xanımının, ailəsinin müqəddəs simvoluna çevrilmiş, ən başlıcası isə xalqımıza Azərbaycanın şanlı tarixinə qızıl hərflərlə Zəfər səlnaməsi yazan qətiyyətli sərkərdə, müzəffər Ali Baş Komandan Prezident İlham Əliyevi bəxş etmişdir.
Qeyd olunub ki, milyonların gözlərinə nur verən nurlu İnsan, görkəmli oftalmoloq alim, zərif qadın və qayğıkeş ana Zərifə xanım Əliyevanın əziz xatirəsi qədirbilən xalqımızın qəlbində sonsuz sevgi və böyük ehtiramla əbədi yaşayacaqdır.







