"Dərmanların keyfiyyəti və qiyməti ilə bağlı çox şikayət eşidirik" - Komitə sədri

 13:03 25.04.2025     184

"Azərbaycanda apteklərin sayı kifayət qədər çoxdur, həmin apteklərin tələblərə cavab verməsi sual altındadır".

Redaktor.az-ın məlumatına görə, bunu Milli Məclisin Səhiyyə komitəsinin bugünkü iclasında komitə sədri Əhliman Əmiraslanov deyib.

Onun sözlərinə görə, bu sahədə kifayət qədər narazılıqlar var.

“Dərmanların keyfiyyəti və qiyməti ilə bağlı da çox şikayət eşidirik. Bu məsələ ayrıca müzakirə mövzusudur. Dərmanların keyfiyyəti və əlçatanlığı ilə bağlı Səhiyyə Nazirliyi, TƏBİB və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə birlikdə tədbirlər keçirilməlidir”, - deyə Əmiraslanov vurğulayıb.