Vilayət Eyvazovun vətəndaş qəbulunun tarixi DƏYİŞDİ

Azərbaycan Respublikasının daxili işlər naziri general-polkovnik Vilayət Eyvazovun vətəndaşlarla görüşünün tarixi dəyişib.
Bu barədə Redaktor.az-a DİN-in mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, aprelin 30-da Tovuz Rayon Polis Şöbəsinin inzibati binasında Tovuz, Şəmkir, Gədəbəy, Daşkəsən, Qazax, Ağstafa şəhər və rayonlarının sakinlərinin keçirilməsi nəzərdə tutulan vətəndaş qəbulunun tarixi aprel ayının 28-nə dəyişdirilib.