Bəzi çaylarda sululuq ARTDI

 09:32 29.04.2025     153

Avtomat hidroloji stansiyaların aprelin 29-u saat 9:00-a olan məlumatına əsasən bəzi çaylarda sululuq artıb. 

Redaktor.az xəbər verir ki, Böyük Qafqaz ərazisindən axan Qarasuçay-Zərdabda 9 sm, Əyriçay-Ağyazıda 5 sm, Kiçik Qafqaz ərazisindən axan Gəncəçay-Zurnabadda 2 sm, Lənkəran-Astara bölgəsindən axan Lənkərançay-Sifidorda 8 sm, Təngərüdçay-Vaqoda 6 sm artım qeydə alınıb.

Transsərhəd çaylarda Qanıx-Cəlayir məntəqəsində suyun səviyyəsi 2 sm artıb, su sərfi 160 m3/san olmaqla normanın 90%-ni təşkil edir.