Veysəloğlu Şirkətlər Qrupu iki nüfuzlu mükafata layiq GÖRÜLDÜ

 12:33 29.04.2025     149

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) birgə təşkilatçılığı ilə 28 Aprel – Ümumdünya Əməyin Mühafizəsi Günü və ilk kollektiv müqavilənin 120 illiyinə həsr olunmuş “Rəqəmsallaşma və süni intellektin iş yerlərinə təsiri” mövzusunda konfrans keçirilib. Tədbirdə dövlət və özəl qurumların, beynəlxalq təşkilatların nümayəndələri, həmçinin həmkarlar ittifaqlarının rəhbərləri, eləcə də üzvləri iştirak ediblər.

Redaktor.az konfransda AHİK tərəfindən keçirilən “Sağlam və təhlükəsiz əmək şəraitinin yaradılmasında səmərəli əməkdaşlığa görə” və “Uğurlu kollektiv müqavilə” müsabiqələrinin 2024-cü il üzrə qalibləri mükafatlandırılıb. Veysəloğlu Şirkətlər Qrupu hər iki nominasiya üzrə mükafata layiq görülüb.

Gülüstan Sarayında keçirilən konfransda həmin mükafatlar Veysəloğlu Şirkətlər Qrupunun təsisçisi və baş icraçı direktoru Aydın Talıbova Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Sahib Məmmədov tərəfindən təqdim edilib.

26 min əməkdaşı olan Veysəloğlu Şirkətlər Qrupu beynəlxalq standartlara uyğun iş şəraitinin təmin edilməsi, əməyin mühafizəsi, təhlükəsiz və sağlam iş şəraitinin təmin olunmasına yüksək səviyyədə əməl edir. 30-dan artıq yaşı olan Veysəloğlu Şirkətlər Qrupu Azərbaycanın qeyri-neft sektorunda ölkə iqtisadiyyatına əhəmiyyətli töhfələr verən ən iri işəgötürənlərindən və vergi ödəyicilərindən biridir.