Sabah bu ərazilərdə qaz olmayacaq - XƏBƏRDARLIQ

 17:03 29.04.2025     178

Binəqədi rayonu, 9-cu mikrorayon ərazisində yeni çəkilmiş xəttin mövcud şəbəkəyə qoşulması məqsədi ilə 30.04.2025-ci il tarixdə saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.

"Azəriqaz"dan Redaktor.az-a verilən məlumata görə, qaz təchizatı dayandırılan müddətdə H.Babaşov, İ.Cümşüdzadə, A.Həşimov küçələrinin və 6-cı mikrorayon ərazisinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.