Kapital Bank-ın dəstəyi ilə keçirilən müəllimlər üçün “Nə? Harada? Nə zaman?” oyunu üzrə respublika çempionatı YEKUNLAŞDI

Ötən gün məktəb, lisey və kollec müəllimləri, eləcə də inzibati işçilərdən ibarət komandalar üçün həyata keçirilən “Nə? Harada? Nə zaman?” oyunu üzrə respublika çempionatı keçirilib. 2020ci ildən həyata keçirilən çempionat Kapital Bank-ın dəstəyi, Elm və Təhsil Nazirliyinin təşkilatçılığı ilə “Təhsil Oyunları Platforması” layihəsi çərçivəsində təşkil edilib.
İki mərhələdən ibarət olan çempionatın ilk seçim turu onlayn formatda baş tutub. Final mərhələdə isə Bakı, Gəncə, Goranboy, Quba, Cəbrayıl, Samux, Şəmkir, Hacıqabul, Zəngilan, Ağdam, Sumqayıt, Kəlbəcər, Gədəbəy, Xaçmaz, Biləsuvar, Saatlı, Xocavənd və Zərdab müəllimləri və inzibati işçilərindən ibarət 32 komanda yarışıb.
4 turdan ibarət olan final mərhələsində iştirakçılara ümumilikdə 40 sual təqdim edilib. İlk 20 sualda topladıqları ballara əsasən komandalar böyük və kiçik olmaqla 2 kubok uğrunda mübarizə aparıblar.
Kiçik kubok uğrunda mübarizədə paytaxtı təmsil edən “Sirius” komandası 3-cü, Şəmkir rayonunun “Bayraktar” komandası 2-ci, Gəncə şəhərinin “Kayzen” komandası isə 1-ci yerə layiq görülüb.
Böyük kubok oyununun nəticələrinə əsasən Hacıqabul rayonun təhsil işçilərindən ibarət “Xudmani” komandası 3-cü yerdə qərarlaşıb. Beyləqan, Xocavənd, Füzuli rayonların təmsil edən “Mil” komandası 2-ci yerə layiq görülüb. 1-ciliyi qazanan Goranboy rayonunun “The Masters” komandası isə kubokun sahibi olub.
Qeyd edək ki, təhsilə dəstək Kapital Bank-ın korporativ sosial məsuliyyət startegiyasının əsas istiqamətlərindən birini təşkil edir və hər il onlarla ölkə əhəmiyyətli layihə bankın dəstəyi ilə həyata keçirilir.
Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 118 filialı və 54 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün— https://kbl.az/prgtk, Birbank kartı sifarişi üçün — https://kbl.az/prcrc.