Bəzi çaylarda sululuq ARTDI

 13:57 30.04.2025     145

Çaylarda müşahidə olunan faktiki hidroloji vəziyyəti açıqlanıb.

Bu barədə Redaktor.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, avtomat hidroloji stansiyaların aprelin 30-u saat 13:00-a olan məlumatına əsasən, bəzi çaylarda sululuq artıb. Kiçik Qafqaz ərazisindən axan Gəncəçay-Zurnabadda 3 sm, Qarabağ və Şərqi-Zəngəzur bölgəsindən axan Zabuxçay-Bozluda 22 sm, Bərgüşadçay-Əliquluuşağıda 17 sm artım qeydə alınıb.