İmamoğlu ailəsi həbsxanada bir araya GƏLDİ

İstanbul Baş Prokurorluğunun istintaqı çərçivəsində həbs edilən İstanbul Böyük Şəhər Bələdiyyəsinin sabiq sədri Əkrəm İmamoğlu cəzaçəkmə müəssisəndə ailə üzvləri ilə görüşüb.
Redaktor.az xəbər verir ki, Əkrəm İmamoğlu ilə ailəsi arasında baş tutan açıq görüş zamanı çəkilən foto ortaya çıxıb.
Fotoda onun həyat yoldaşı Dilek İmamoğlu, böyük oğlu Səlim İmamoğlu, qızı Beren İmamoğlu, anası Hava İmamoğlu, atası Həsən İmamoğlu və bacısı Neslihan Yakupçebioğlu yer alıb.