"Ölüm səbəblərinin sırasında nəqliyyat hadisələri birincidir" - DYP rəsmisi

 14:01 02.05.2025     126

"Nəqliyyat sistemi dedikdə təhlükəsizlik baxmndan məsələyə yanaşırıq".

Redaktor.az xəbər verir ki, bunu MEDİA-nın təşkilatçılığı ilə keçirilən “İctimai proseslər media müstəvisində” mövzusunda II Forum çərçivəsində “Nəqliyyat infrastrukturunda davamlı həllər media müstəvisində” adlı panel sessiyada DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin Hərəkətin təhlükəsizliyinin təbliği və ictimai qurumlarla əlaqə şöbəsinin rəisi, polis polkovnik-leytenantı Rövşən Tağıyev deyib.

Onun sözlərinə görə, bütün dünyada demək olar  ki, hər il 1 milyon 300-dən çox adam dünyasını dəyişir:

"Ölüm səbəblərinin sırasında nəqliyyat hadisələri birincidir. İlk baxanda bu rəqəm kimi gəlir. Amma düşünəndə görütük ki, o insan həyatıdır. Bütün dünyada təhlükəsizlik sahəsində 5 meyyar əsas götürülür. Yol infrastrukturunun təhlükəsiz qurulması, yol hərəkətinin təhlükəsiz təşkili, nəzarət mexanizmi, maarifləndirmə meyyarlarları əsasdır. Maarifləndirmə məsələsində media nümayəndələri bizə hədsiz kömək olublar".

Aytəkin TOFİQQIZI