Birinci rübdə yükdaşıma nə qədər olub?

2025-ci ilin birinci rübündə Bakı Limanı vasitəsilə 1,9 milyon tondan artıq yük aşırılıb ki, bu da 2024-cü ilin eyni dövrünün göstəricisi ilə müqayisədə 8,8% çoxdur.
Bu barədə Redaktor.az-a ADY-dən məlumat verilib.
Qeyd olunub ki, o cümlədən bu ilin birinci rübündə 30 034 TEU konteyner aşırılıb. Bu, 2024-cü ilin müvafiq dövrünün göstəricisinə (13 280 TEU) nisbətən 16 754 TEU və ya 126 % çoxdur.
Analoji dövrdə aşırılmış yüklər:
• 30 034 TEU konteyner
• 13 711 ədəd təkərli texnika
• 7 765 ədəd vaqon
• 366 min ton quru yük
• 377 min ton neft və neft məhsulları