Leyla və Arzu Əliyevaların Naxçıvan səfəri Ordubadda davam edib - FOTO

Mayın 3-də Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva, Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva və ailə üzvlərinin Naxçıvan Muxtar Respublikasına səfəri Ordubad rayonu və ətraf bölgələri əhatə etməklə davam edib.
Redaktor.az xəbər verir ki, səfərin ikinci günündə onlar qədim tarixə, zəngin mədəniyyətə və unikal coğrafi landşafta malik olan bu regionun irsi ilə daha yaxından tanış olublar.
Səfər çərçivəsində ilk olaraq Leyla Əliyeva və Arzu Əliyeva Naxçıvanın mənəvi-simvolik məkanlarından biri sayılan, dini-tarixi baxımdan mühüm əhəmiyyət kəsb edən Əshabi-Kəhf ziyarətgahına baş çəkiblər. Burada onlar “Damcıxana” və ziyarətgah ərazisində yerləşən müxtəlif müqəddəs yerlərlə tanış olub, ziyarətə gəlmiş yerli sakinlərlə səmimi söhbətlər aparıb, xatirə şəkilləri çəkdiriblər.