Türkiyədə parkda tərsinə asılan bayrağımız düzəldildi - FOTO

 08:29 08.05.2025     146

Türkiyənin Bursa şəhərində yerləşən və qardaşlıq rəmzi sayılan "Türkiyə–Azərbaycan Kardeşlik Parkı"nda Azərbaycan bayrağının tərsinə asılması ictimaiyyətdə narazılığa səbəb oldu. 

Redaktor.az xəbər verir ki, məsələ ilə bağlı Nilüfer Bələdiyyəsinə məlumat verildikdən sonra bayrağın düzgün formada asılması təmin edilib. Bələdiyyədən verilən açıqlamada, bunun bir səhv olduğu və heç bir şəkildə hörmətsizlik məqsədi daşımadığı bildirilib.

Qeyd edək ki, bu cür hadisələr Türkiyə və Azərbaycan arasında mövcud olan dərin dostluq və qardaşlıq münasibətlərinin ruhuna uyğun gəlmir. İki ölkə arasında strateji tərəfdaşlıq, ortaq tarix və mədəni dəyərlər bu münasibətlərin təməlini təşkil edir.

Kənan YUSİF

2