Əməkdar artist: "Toyda oxumadım, amma pulumu verdilər"

 18:17 08.05.2025     68

Əməkdar artist Babək Niftəliyev dəvət aldığı toyda gəlinin onun oxumasını istəməməsi ilə bağlı yayılan məlumata aydınlıq gətirib.

Redaktor.az xəbər verir ki, Babək Niftəliyev "Qaynarinfo"ya açıqlamasında həmin toyda oxuması üçün ona növbə çatmadığını bildirib.

"Hadisə başqa cür olub. Bir toya dəvət almışdım, çoxlu müğənni var idi. Vaxt baxımından oxumaq üçün mənə növbə çatmadı. Oxumadım, amma bununla belə qonararımı verdilər", deyə Əməkdar artist bildirib.

Qeyd edək ki, yayılan məlumata görə, Əməkdar artist Babək Niftəliyevin dəvət aldığı toylardan birində gəlin onun oxumasını istəməyib. Sonda danışılan qonarar müğənniyə ödənilib və o, şadlıq evini tərk edib.