AZAL Bakı-Moskva-Bakı reysi üzrə uçuşları bərpa etdi

 11:40 09.05.2025     131

Bakı-Moskva-Bakı reysi üzrə uçuşlar bərpa edilib.

Redaktor.az xəbər verir ki, bu barədə "Azərbaycan Hava Yolları" QSC-nin Mətbuat xidmətinin məlumatında qeyd edilib.

“Rusiyanın Moskva şəhəri üzərində hava məkanında olan məhdudiyyətlər aradan qaldırıldığı üçün “Azərbaycan Hava Yolları” (AZAL) aviaşirkətinin Bakı-Moskva-Bakı marşrutu üzrə uçuşları dünən axşamdan bərpa olunub və artıq cədvələ uyğun ştat rejimində həyata keçirilir”, - məlumatda vurğulanıb.