Rəsmilər Fəxri xiyabanda - FOTO

 10:08 10.05.2025     104

Xəbər verdiyimiz kimi, bu gün Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 102-ci ildönümüdür.

Redaktor.az xəbər verir ki, dövlət və hökumət rəsmiləri, hərbi qulluqçular, hüquq-mühafizə orqanlarının əməkdaşları, diplomatik korpusun nümayəndələri Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edərək abidəsi önünə gül dəstələri qoyublar.

Onlar müasir müstəqil Azərbaycanın banisi və qurucusu Ümummilli Liderin xatirəsinə dərin ehtiramlarını bildiriblər (Qafqazinfo).