İraqda Heydər Əliyevin anadan olmasının ildönümünə həsr olunmuş dəyirmi masa keçirildi

Azərbaycanın İraqdakı səfirliyində Yaxın Şərq ölkəsinin beyin mərkəzləri başçılarının iştirakı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının ildönümünə həsr olunmuş dəyirmi masa baş tutub.
Redaktor.az xəbər verir ki, bu barədə Azərbaycanın Bağdaddakı diplomatik missiyasının mətbuat xidməti bildirib.
“10 may 2025-ci il tarixində Azərbaycan Respublikasının İraq Respublikasındakı Səfirliyində İraqın aparıcı beyin mərkəzləri rəhbərlərinin iştirakı ilə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş dəyirmi masa keçirilmişdir”, – səfirliyin sosial şəbəkə hesabında qeyd olunub.