ADY-də qanvermə aksiyası keçirildi - FOTO

 15:32 12.05.2025     139

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə “Azərbaycan Dəmir Yolları” QSC (ADY) növbəti dəfə xeyriyyə məqsədli qanvermə aksiyası təşkil edib.

Redaktor.az xəbər verir ki, ənənəvi olaraq Respublika Qan Bankı ilə birgə keçirilmiş aksiyada ADY-nin müxtəlif struktur bölmələrinin əməkdaşları könüllü şəkildə iştirak ediblər. 

Qanvermə prosesindən əvvəl iştirakçılar təhlükəsizlik və aksiyanın effektivliyi baxımından müvafiq tibbi müayinələrdən keçib və yalnız sağlamlıqları imkan verən şəxslər donor kimi qanverməyə cəlb ediliblər.

Aksiyanın əsas məqsədi Respublika Qan Bankının qan ehtiyatının artırılmasına töhfə verməkdir.

ADY olaraq cəmiyyətə faydalı sosial təşəbbüslərdə iştirak etməyə davam edəcək, sağlamlıq və həyat naminə göstərilən bu kimi humanitar fəaliyyətləri dəstəkləyəcəyik.

2222