Bakı-Qəbələ-Bakı qatarı şənbə və bazar günləri hər iki istiqamətdə hərəkət edəcək - YENİLİK

"Azərbaycan Dəmir Yolları" (ADY) QSC yay aylarında Qəbələyə rahat və təhlükəsiz səyahət imkanlarını artırır.
Qurumdan Redaktor.az-a verilən məlumata görə, həftəsonu istirahətini Böyük Qafqaz sıra dağlarının ətəyində keçirmək istəyənlər üçün mayın 31-dən etibarən Bakı-Qəbələ-Bakı marşrutu üzrə qatarlarımız həftənin həm şənbə, həm də bazar günləri hər iki istiqamətdə fəaliyyət göstərəcək.
Belə ki, qatarlar saat 07:30-da Bakı Dəmiryol Vağzalından Qəbələyə, saat 19:00-da Qəbələdən Bakıya hərəkət edəcək.
Qəbələdə əsrarəngiz təbiətlə görüş üçün www.ady.az saytı, “ADY Mobile” tətbiqi və ya kassalardan bilet almaq mümkündür.