Yeni hərbi prokuror icra başçısının kürəkənidir

 20:34 13.05.2025     182

Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə Bəhruz Vidadi oğlu Əhmədov Baş prokurorun müavini – Azərbaycanın Hərbi prokuroru təyin edilib.

Redaktor.az “Axar.az”a istinadən xəbər verir ki, B.Əhmədov Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədovun kürəkənidir.

Qeyd edək ki, M.Məmmədov 2018-ci ildən bu vəzifədədir.