Cari ilin ilk rübündə ölkədə 4154 təbii və texnogen mənşəli hadisə baş VERİB

 20:42 13.05.2025     296

2025-ci ilin I rübündə respublika ərazisində 4154 təbii və texnogen mənşəli hadisə baş verib.

Redaktor.az xəbər verir ki, bu barədə FHN-dən bildirilib.

2024-cü ilin I rübü ilə müqayisədə 866 hadisə və ya 26% çoxdur. Baş vermiş təbii və texnogen mənşəli hadisələr nəticəsində 20 nəfər həlak olub, 85 nəfər xəsarət alıb.

Nazirliyin xilasediciləri tərəfindən 18 nəfər xilas edilib, 229 nəfər təxliyə olunub.

Vumart və Güvən reklamı Vumart Güvən