Bakı daha bir beynəlxalq elmi-tibbi konqresə ev sahibliyi etdi - FOTO

Ölkə səhiyyəsində nəzərəçarpan inkişaf dövrü yaşayan Azərbaycan daha bir beynəlxalq konqresə ev sahibliyi edib.
Redaktor.az xəbər verir ki, 8-9 may 2025-ci il tarixlərində keçirilən “7-ci Azərbaycan-Alman-Türk-Özbək Tibb Konqresi və 13-cü Bakı Beynəlxalq Tibbi Treninq Günləri” nin Bakıdakı ilk hissəsi uğurla başa çatdı. Konqresdə yerli tanınmış professor və həkimlərlə yanaşı müxtəlif ölkələrdən qonaq qismində gələn tibb sahəsinin tanınmış simaları da yer alırdı.
Tədbirin spikerlərindən biri də Modern Hospitalın direktoru, ABMCA sədri bariatric metabolik cərrah PhD Dr. Taryel Ömərov oldu. Digər beynəlxalq konqreslərdə olduğu kimi bu dəfə də Dr. T. Ömərov maraqlı çıxışla auditoriyanın böyük marağına səbəb oldu. Bu dəfəki çıxış aktual mövzu olan Bariatrik Metabolik Cərrahiyyə (faydaları və fəsadları) oldu.
Dr. T.Ömərov müsahibəsində qeyd etdi ki, Bu tədbirdə belə bir maraqlı və məsuliyyətli çıxışı bizə həvalə etdikləri üçün başda prof. Qurbanxan Müslümov olmaqla bütün təşkilat komitəsinə təşəkkür edirəm. Ölkəmizdə belə beynəlxalq konqreslərin və tədbirlərin keçirilməsi, ölkə səhiyyəmizdəki yenilikləri, inkişafı beynəlxalq aləmdə nümayiş etdirə bilmək bizlərçün qürurdur.
Daha da önəmlisi günümüzdə ən aktual olan xəstəliklərdən biri olan piylənmə və yanaşı gətirdiyi xəstəliklərin riskləri, fəsadları, piylənmənin zamanında qarşısının alınmasının bizlərçün əhəmiyyəti barədə ümumi izəyiciləri məlumatlandırmaq, gördüyümüz işlərlə, icra etdiyimiz əməliyyatlarla insanlara və insanlığa faydalı ola bilmək bizlərin ən böyük qazancıdır. Həkim olaraq fəaliyyətimizin əsas məğzi də budur zatən – “Daha çox insan sağlamlığına tövhə vermək, insanımıza bütün bilik və bacarıqımızla faydalı ola bilmək”.






