Qubalı gənc yapon qıza necə vurulub? - Ülvira həmin kəndə getdi

 12:48 14.05.2025     131

Aparıcı Ülvira Qarayeva Qubanın Ənik kəndində rastlaşdığı maraqlı bir tarixçəni izləyiciləri ilə bölüşüb.

Redaktor.az xəbər verir ki, aparıcı bulağın başına qoyulan yapon bir qadınla yerli əhalidən olan bir gəncin sevgi hekayəsini danışıb:

“Qubanın Ənik kəndində bir bulaq var. Bulağın başında yapon bir qadının şəkli qoyulub. Burada yaşayan bir gənc bir müddət Yaponiyada qalır. Bir-birilərini sevirlər. Amma elə olur ki, evlənə bilmirlər. Onu Azərbaycana gətirdə bilmir. Əvəzində şəklini gətirir. İllərdir bu yapon qadın bu bulağın başındadır. Məncə o xanım bilsəydi ki, onun yeri burada, bulağın başındadır, elə özü durub gələrdi. Sevgiyə bax. İllərdir buradadır, təsəvvür edirsiniz?" (milli.az).