“Bilim Maarif” atelyesinin açılış mərasimi gerçəkləşdi - FOTO

 18:39 14.05.2025     106

Türkiyə Maarif Vəqfi və Türkiyə Texnologiya Komandası Fondunun (T3 Fondu) birgə əməkdaşlığı ilə Azərbaycan Beynəlxalq Maarif Məktəblərinin Gənclik kampusunda yaradılmış “Bilim Maarif” atelyesinin açılış mərasimi keçirilib.  

Redaktor.az xəbər verir ki, tədbirdə Türkiyənin Azərbaycandakı səfiri Prof. Dr. Birol Akgün, Türkiyə Texnologiya Komandası Fondunun (T3 Fondu) direktorlar şurasının sədri Elvan Kuzucu, həmçinin elm və texnologiya sahəsində fəaliyyət göstərən digər nüfuzlu qonaqlar iştirak ediblər.  

“Bilim Maarif” atelyesi gənclərin texnoloji biliklərini inkişaf etdirmək və innovativ düşüncə tərzini təşviq etmək məqsədi daşıyır. Atelye müasir avadanlıqlarla təchiz olunub və şagirdlərə robototexnika, proqramlaşdırma və süni intellekt sahələrində təcrübə qazanmaq imkanı yaradacaq.  

Açılış mərasimində çıxış edən səfir Prof. Dr. Birol Akgün Türkiyə və Azərbaycan arasında təhsil və texnologiya sahəsində əməkdaşlığın əhəmiyyətini vurğulayıb. Elvan Kuzucu isə “Bilim Maarif” atelyesinin gənclərə öz potensiallarını kəşf etmək üçün mühüm platforma olacağını bildirib.

2