Azərbaycanda bu dövlət qurumuna “BYD” avtomobilləri verildi - FOTO

 10:11 15.05.2025     158

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) tabeliyində Avtomobil Yollarının Mühafizə Xidmətinə yeni xidməti avtomobillər verilib.

Redaktor.az-ın iqtisadiyyat.az-a istinadla məlumatına görə, quruma “BYD” markalı avtomobilləri təqdim olunub.

Qeyd edək ki, Avtomobil Yollarının Mühafizə Xidməti Agentliyin balansına verilmiş avtomobil yollarının, eləcə də körpülərin, tunellərin və digər yol qurğularının qorunmasını təşkil edən publik hüquqi şəxs kimi müəyyən olunub. Xidmətin fəaliyyətinin təşkili və təmin edilməsi xərcləri “Avtomobil yolları” Məqsədli Büdcə Fondunun vəsaiti hesabına maliyyələşdirilir.

Azərbaycanda bu dövlət qurumuna “BYD” avtomobilləri verildi - FOTO

Azərbaycanda bu dövlət qurumuna “BYD” avtomobilləri verildi - FOTO