Sürücülərin DİQQƏTİNƏ: Bu yol BAĞLANACAQ

 16:16 16.05.2025     164

Böyükşor-Pirşağı yeni avtomobil yolunun 7.6-cı km-lik hissəsində yeni yerüstü piyada keçidinin tikintisi ilə əlaqədar olaraq hərəkət müvəqqəti olaraq məhdudlaşdırılacaq.

Redaktor.az xəbər verir ki, hərəkətin məhdudlaşdırılması 17 may tarixində səhər saat 07:00-dan başlayaraq bir-neçə saat ərzində qüvvədə olacaq.