Bakıda iki avtobus marşrutunun hərəkəti DƏYİŞDİRİLİR

 19:03 16.05.2025     111

Sabahdan Bakıda 508 və 521 nömrəli müntəzəm avtobus marşrutlarının hərəkəti dəyişdirilir.

Bu barədə Redaktor.az-a Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.

Belə ki, sabahdan “Pirşağı-Xırdalan-Novxanı-M4” avtomobil yolu layihəsi ilə əlaqədar, İlqar Abdullayev küçəsində (Masazır-Novxanı avtomobil yolu ilə birləşməsindən Saray Polis Bölməsinə qədər olan hissə) nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq ediləcək.

Məhdudiyyət səbəbindən sözügedən avtobus marşrutlarının hərəkəti alternativ olaraq Saray qəsəbəsinin Elnur Allahverdizadə küçəsi ilə təşkil ediləcək.