Bəzi yerlərdə şimşək çaxıb, leysan yağıb - FAKTİKİ HAVA

Ölkə əraizisinin bəzi yerlərində şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb.
Bu barədə Redaktor.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bidlirlib ki, düşən yağıntının miqdarı Qusarda 20, Quba, Şahdağ, İsmayıllı, Xaltan, Altıağac, Xaçmaz, Göygöl, Daşkəsən, Naftalan, Qax, Zaqatala, Şəki, Xınalıq, Qobustan, Şabran, Tərtər, Beyləqan, Kürdəmirdə 1-6 mm-dir.
Naftalan, Şəmkir, Şəki, Qrız, Şahdağ, Lerikdə duman müşahidə olunub.
Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 14, Naxçıvan MR-da 13, Aran rayonlarında 17, dağlıq rayonlarda isə 4 dərəcəyədək isti qeydə alınıb.