"Araz-Naxçıvan"ın Konfrans Liqasına vəsiqə qazanması münasibətilə yürüş keçirildi

 22:05 17.05.2025     247

Naxçıvanda "Araz-Naxçıvan"ın bürünc medal və UEFA Konfrans Liqasına vəsiqə qazanması münasibətilə yürüş keçirilib.

Redaktor.az "Reort"a istinadən xəbər verir ki, yürüş şəhərin Babək məhəlləsindən Heydər Əliyev prospektinə kimi davam edib.

Qeyd edək ki, Misli Premyer Liqasının XXXV turunda səfərdə " Şamaxı"nı 1:0 hesabı ilə üstələyən "Araz-Naxçıvan" bürünc medalı və UEFA Konfrans Liqasına vəsiqəni təmin edib.