İrəvan qazısı təyin olundu - YENİLƏNİB

 12:01 22.05.2025     179

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədr müavini Bəxtiyar Nəcəfov İrəvan qazısı təyin edilib. 

Redaktor.az xəbər verir ki, bununla bağlı İdarənin Qazılar Şurasının bugünkü geniş iclasında qərar qəbul edilib.

***

11:10

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) İrəvan qazılığının fəaliyyəti bərpa edilir.

Redaktor.az xəbər verir ki, bununla bağlı İdarənin Qazılar Şurasında iclas keçirilir.

Bildirilib ki, İrəvan qazısı fəaliyyətini QMİ-nin əsas binasında davam etdirəcək.