Bakı və Abşeronda oğurluq edənlər saxlanıldı

 15:33 22.05.2025     92

Abşeron rayonunda müxtəlif vaxtlarda ayrı-ayrı vətəndaşlara məxsus pul, mobil telefon, səsgücləndirici və akkumulyatorların oğurlanması barədə polisə məlumat daxil olub.

Redaktor.az xəbər verir ki, Rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə talama cinayətini etməkdə şübhəli bilinən 32 yaşlı E.Əliyev müəyyən olunaraq saxlanılıb.

Nəsimi rayonunda isə bir qadının mobil telefonunu talamaqda şübhəli bilinən 77 yaşlı R.Cavanşirov müəyyən edilərək saxlanılıb.

Faktlarla bağlı araşdırma aparılır.