Bloqerlər məhsulu yalandan reklam edə bilməyəcəklər

 21:50 22.05.2025     131

Xəbər verdiyimiz kimi, reklam daşıyıcılarının əhatə dairəsi genişlənib. Bu, Prezident İlham Əliyevin təsdiqlədiyi “Reklam haqqında” Qanuna dəyişiklikdə əksini tapıb.

Redaktor.az xəbər verir ki, Mətbuat Şurası İdarə Heyətinin üzvü, texnobloqer Fərid Pərdəşünas feysbuk hesabında qanuna edilən dəyişikliklə bağlı paylaşım edib.

Mütəxəssis deyib ki, bundan sonra hər bir influenser və ya bloqer sosial media hesablarından etdiyi reklamlarda məcburi şəkildə “reklam”, “reklam hüququ əsasında”, “sponsorluq” və ya “tərəfdaşlıq” qeydini əlavə etməlidir.

“Bundan başqa, influenserə özü istifadə etmədiyi məhsulu istifadə edirmiş kimi göstərib reklam etmək qadağan olunur. Hər bir influenser VÖEN sahibi olmalı və hüquqi məlumatlarını qeyd etməlidir. Azərbaycan qanunvericiliyində influenserlər rəqəmsal platforma təsirçiləri olaraq arlandırıldı. Qanun isə artıq qüvvəyə mindi”, - deyə Pərdəşünas vurğulayıb.