İlham Rəhimov XIII Sankt-Peterburq Beynəlxalq Hüquq Forumunda iştirak edib - FOTO

 14:47 23.05.2025     106

Qara Dəniz–Xəzər Dənizi Regionu Ölkələri Hüquqşünasları Assosiasiyasının prezidenti, hüquq elmləri doktoru, professor, Rusiya Elmlər Akademiyasının üzvü, Azərbaycan Respublikasının Əməkdar hüquqşünası İlham Rəhimov Rusiya Federasiyası Prezidentinin müşaviri A.Kobyakovun dəvəti ilə 19–21 may tarixlərində keçirilən XIII Sankt-Peterburq Beynəlxalq Hüquq Forumunda iştirak edib.

Redaktor.az xəbər verir ki, forumun proqramı geniş mövzuları əhatə edib. Professor İlham Rəhimov forum çərçivəsində keçirilən “Hüquq və din” adlı sessiyada çıxış edib.

Tədbir çərçivəsində professor İ.Rəhimov tanınmış Rusiya hüquqşünasları və hüquq sahəsində fəaliyyət göstərən praktiki xadimləri ilə də görüşlər keçirib. O, həmçinin forumda iştirak edən azərbaycanlı tələbələrlə də görüşüb.

Professor İlham Rəhimov XIII Sankt-Peterburq Beynəlxalq Hüquq Forumunda iştirak edib - FOTO