Palata büdcənin icrası haqqında qanun layihəsinə rəy verdi

Mayın 23-də Azərbaycan Respublikası Hesablama Palatasının sədri Vüqar Gülməmmədovun rəhbərliyi ilə geniş tərkibdə Kollegiya iclası keçirilib.
Redaktor.az xəbər verir ki, iclasda “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin icrası haqqında” Azərbaycan Respublikasının Qanun layihəsinə və “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin icrasına dair illik hesabat”a Azərbaycan Respublikası Hesablama Palatasının Rəyi müzakirə edilərək təsdiqlənib və Azərbaycan Respublikası Milli Məclisinə göndərilməsi barədə qərar qəbul edilib.
Bununla yanaşı, iclasda Hesablama Palatasının fəaliyyəti ilə bağlı gündəlikdə dayanan digər məsələlərə baxılıb və müvafiq qərarlar qəbul edilib.